EŞQİNƏ
Səhər verilişində Aşıq Əli Quliyev
saz çalırdı...
Bu sabahlar bir qiyamət qopartdı, Saz Əlinin, Əli sazın eşqinə.
Bu misralar kəlmə-kəlmə sinəmdə
Qatarlandı bu avazın eşqinə.
Zilə qalxdı – beçə pərdə sızladı,
Bəmə endi – barmaqları buzladı.
Şah pərdədə ərəb atlar tozladı,
Mənzil kəsdi bu murazın eşqinə.
Qayıbdan bir nida qopdu: Paho...pah...
Bu dünyanın şahı qulmuş, qulu şah...
Elə sandım tüstülənir qul Əmrah
“Sərvi boylu Səlminaz”ın eşqinə. /İbrahim İlyasli
Hiç yorum yok:
Yorum Gönder